6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Gürcüstan dövlət universitetlərində təhsil xərclərini dövlət tam olaraq öz üzərinə götürəcək

04-dekabr-2025
Gürcüstan dövlət universitetlərində təhsil xərclərini dövlət tam olaraq öz üzərinə götürəcək
Yazı Ölçüsü:

Gürcüstanda 2026–2027-ci tədris ilindən etibarən tələbələrin təhsilini maliyyələşdirən qrant sistemi ləğv ediləcək. Bunun ardından dövlət, dövlət universitetlərində oxuyan tələbələrin təhsil haqqını tam şəkildə özü ödəyəcək.

PostMedia” xəbər verir ki, bunu Gürcüstanın təhsil naziri Givi Mikanadze “Rustavi 2” telekanalına müsahibəsində bildirib.

Xatırladaq ki, Gürcüstan hökuməti oktyabr ayında ali təhsil sahəsində genişmiqyaslı islahat paketi təqdim etmişdi. Baş nazirin sözlərinə görə, bu islahat gənclərin xaricə axınının qarşısını almağa və regionlarda təhsil imkanlarını gücləndirməyə xidmət edəcək. Əsas məqsəd Gürcüstanda elə təhsil keyfiyyəti yaratmaqdır ki, tələbələr artıq bunu başqa ölkələrdə axtarmağa məcbur qalmasınlar.

Nazir qeyd edib ki, 2026-cı ildə universitetə qəbul olunacaq abituriyentlər üçün nə vauçer, nə də dövlət və ya özəl ali məktəblər üzrə qrant mexanizmi tətbiq olunacaq:

“Bu halda rəqabət, təbii ki, artır. Dövlət universitetləri öz tələbatlarını təqdim edəcək və biz həmin tələblərə uyğun maliyyə ayıracağıq.”

Mikanadzenin sözlərinə görə, hazırda ölkənin ali təhsil sistemi üç-dörd il davam edəcək keçid dövründən keçir.

Nazir əlavə edib ki, növbəti ildən etibarən birinci kursa qəbul olunan tələbələrə qrant komponenti şamil edilməyəcək. Onun sözlərinə görə, imtahanı uğurla verən abituriyentlər üçün təhsil faktiki olaraq tamamilə pulsuz olacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930