Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi orta məktəbin buraxılış sinifləri üçün sürücülük təlimlərini pilot layihə kimi həyata keçirməyə hazırlaşır.
”PostMedia” xəbər verir ki, bu barədə nazir Jeanna Andreasyan dekabrın 3-də Milli Məclisdə deputatların suallarını cavablandırarkən məlumat verib.
Nazirin sözlərinə görə, layihənin icrası ilə bağlı imkanlar daxili işlər nazirliyinin müvafiq strukturları ilə müzakirə olunub.
Andreasyan bildirib ki, sürücülük təlimlərinin 12-ci sinifdə, heç olmasa, nəzəri hissə üzrə tədrisi olduqca faydalı ola bilər: “Mən bunun çox gözəl təşəbbüs olduğunu düşünürəm. Arzu edirəm ki, buraxılış siniflərinin şagirdləri nəzəri hazırlığı keçərək uyğun imtahanları vermək imkanına malik olsunlar”.
Nazir qeyd edib ki, kadr məsələləri nəzərə alınmaqla bu prosesin ilkin mərhələdə bəzi məktəblərdə pilot qaydada tətbiqi mümkündür: “Mən bunu müsbət qiymətləndirirəm və yaxın gələcəkdə bu cür dərslərin başlanması imkanlarını müzakirə etməyə hazırıq”.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
