6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Mədə hüceyrələrini insulini istehsal etməyə məcbur edən gen terapiyası yaradılıb

06-noyabr-2025
Mədə hüceyrələrini insulini istehsal etməyə məcbur edən gen terapiyası yaradılıb
Yazı Ölçüsü:

Çin və ABŞ-dən olan alimlər mədə hüceyrələrini “yenidən proqramlaşdıraraq” insulini istehsal etməyə məcbur edən gen terapiyası hazırlayıblar. Terapiya uğurla siçanlar və insan mədəsinin mini orqanoidləri üzərində sınaqdan keçirilib.
"PostMedia" xəbər verir ki, tədqiqat Kor­nell Universitetinin (ABŞ) və Çin alimlərinin iştirakı ilə aparılıb. Alimlər müəyyən ediblər ki, üç genin aktivləşdirilməsi mədə hüceyrələrini mədəaltı vəzinin insulin ifraz edən hüceyrələrinə çevirir.
Bu üsul sayəsində 1-ci tip diabetin inkişafı siçanlarda dayandırılıb. Hüceyrələr implantasiyadan yarım il sonra da aktiv qalıb və orqanizmdəki şəkər səviyyəsinə cavab olaraq insulin ifrazını davam etdirib.
Alimlər bunun gələcəkdə insulin inyeksiyalarına alternativ təbii müalicə üsulu ola biləcəyini bildirirlər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930