Alimlər stresslə mübarizənin yeni üsulunu aşkar ediblər
29-oktyabr-2025
Admin
Yazı Ölçüsü:
Beynəlxalq alimlər qrupu müəyyən edib ki, virtual reallıq insanlara stressə qarşı fizioloji cavabları effektiv şəkildə idarə etməyi öyrənməyə kömək edə bilər. Məlum olub ki, nəfəs texnikasını öyrədən VR oyunu stresə qarşı dözümlülük biomarkerlərini yaxşılaşdırır.
"PostMedia" xəbər verir ki, qəbul edilmiş metodlar arasında yavaş-ritmli nəfəs alma texnikası geniş tanınsa da sakit mühitdə tətbiq olunurdu. Tədqiqatçılar təklif ediblər ki, bu texnika VR-mühitdə öyrənilsin və dərhal praktiki stres sahəsində istifadə edilsin.
Birinci eksperimentdə könüllülərin əvvəlcə ürək döyüntüsü, ürək ritminin dəyişkənliyi və nəfəs ölçülüb, sonra VR-eynək taxaraq sakit dəniz səhnəsində 5 saniyə nəfəs alma – 5 saniyə tutma – 5 saniyə nəfəs vermə ritmi ilə məşğul olublar.
Sonra onlara “qaranlıq yeraltı labirintdə canavardan qaçmaq” oyunu verilərək stres mühiti yaradılıb. Nəticədə görünüb ki, tənəffüs ritmi yavaş qalıb, ürək ritmi sabitləşib və oksigen istifadəsi baxımından pozitiv dəyişikliklər müşahidə olunub.
İkinci eksperimentdə tədqiqatçılar bir qrup iştirakçını nəfəs texnikası üzrə təlimlə təmin edib, digər qrup isə bu təlimi almayıb. Həftə sonra keçirilmiş yeni stres testində təlim keçmişlərin göstəriciləri daha yaxşı olub – nəfəs sıxlığı daha aşağı, ürək ritminin dəyişkənliyi isə yüksək olub.
Alimlər bu tip VR-oyunların xüsusilə, davamlı stresə məruz qalan insanlar üçün reallıqda tətbiq etmək çətin olan nəfəs texnikalarını daha praktik və əlçatan şəkildə öyrənmək baxımından effektiv yol ola biləcəyini vurğulayıblar.