6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub, fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır”

18-oktyabr-2025
“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub, fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır”
Yazı Ölçüsü:

“Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin üzvləri bütün nazirlik və komitələri əhatə edib. Emin Əmrullayev Ramiz Mehdiyevin oğluna aid olan "Şərq-Qərb" nəşriyyatına 40 milyon manata yaxın vəsait köçürüb. Emin Əmrullayevin şəriki Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olmaqla, uzun müddət "Kaspi" liseyini idarə edib.

"PostMedia"nın xəbərinə görə, bunu sabiq deputat Etibar Əliyev bildirib.

“Emin Əmrullayev nazir təyin olunduqdan sonra şərikini orada qoya bilməzdi. Onu nazirlikdə böyük vəzifələrə təyin etdi. Elnur Əliyev isə “Kaspi”ni yiyəsiz buraxa bilməzdi. Yerini Qardaşı Elşən Əliyevə verdi. Hörümçək toru şəklində qurulan Mehdiyev-Həsənov şəbəkəsi ölkəninin milyonlarını qamarlayıb xarici ölkə Banklarına köçürüblər. Elnur Əliyevin də fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır...” - E.Əliyev qeyd edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930