Məsələ ilə bağlı “Predu” uşaq bağçasından da açıqlama verilib.
Məlumatda deyilir:
“Kadrlarda əks olunan uşaq aprel ayında bağçamıza başlamışdır. Bağçaya başlarkən valideynləri uşaqdakı mövcud problemlər haqqında məlumat verməmişdir. Ancaq uşaq nevropatoloq nəzarətində olan, dərman qəbul edən və ümumi inkişaf ləngiməsi diaqnozludur.
Uşaq psixoloq və loqoped dəstəyi alırdı.
Qrupda uşaqlara qarşı aqressiv davranışları, kriz periodları artdığı üçün valideynlərinə qrupdan kənarlaşdırılmaq təklif edilmişdir. Ancaq ailə bunu qəbul etməyib, bağçaya qarşı təhdidkar ifadələr işlətmişdir.
Valideynin qeyd etdiyi ödəniş miqdarı reallığı əks etdirmir. Görüntülərin əvvəl kadrları kəsildiyi və sürətləndirildiyi üçün bu şəkildə kobud görünür. Ancaq bağçamızda hər hansısa uşağa qarşı kobudluq halı olmayıb. Müşahidə kameralarımız 7/24 aktivdir”.