6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Vəkil olmaq istəyənlərin nəzərinə: Növbəti test imtahanına elektron müraciət başlayıb

01-sentyabr-2025
Vəkil olmaq istəyənlərin nəzərinə: Növbəti test imtahanına elektron müraciət başlayıb
Yazı Ölçüsü:

Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 1 sentyabr 2025-ci il tarixindən başlayıb.

Bu barədə "PostMedia"ya Kollegiyadan məlumat verilib.

Namizədlərin nəzərinə çatdırılır ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid etməlidirlər.

VK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.

Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930