6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Emin Əmrullayev bu məmurun qohumu ilə bağlı əmr imzaladı

04-avqust-2025
Emin Əmrullayev bu məmurun qohumu ilə bağlı əmr imzaladı
Yazı Ölçüsü:
Abşeron rayonu Azim Müzəffərov adına Saray qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səkinə Abbasova vəzifəsindən azad edilib.
PostMedia”nın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Nazirin digər əmri ilə S.Abbasova Xırdalan şəhər 6 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Əvvəllər Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin direktoru olmuş Lamiyə Həsənzadə isə Saray qəsəbəsində yerləşən 2 nömrəli orta məktəbə direktor təyin edilib.
Qeyd edək ki, Səkinə Abbasova Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin müavini Cəbrayılov Fuad Höcətağa oğlunun bacısıdır.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930