Nitqin bərpası üçün cihaz “inqilabi kəşf” statusu alıb
02-may-2025
Admin
Yazı Ölçüsü:
İlon Maskın təsis etdiyi beyin implantları üzrə şirkət "Neuralink" nitq qabiliyyətində ağır pozuntu olan şəxslər üçün nəzərdə tutulmuş cihazına görə ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) tərəfindən “inqilabi kəşf” statusu alıb.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı şirkət X sosial şəbəkəsində paylaşıb.
Şirkətin bildirdiyinə görə, cihaz amiotrofik lateral skleroz (ALS), insult, onurğa beyni zədəsi, serebral iflic, multiskleroz və digər nevroloji pozuntulardan əziyyət çəkən insanlara ünsiyyət qurmaqda kömək edəcək.
FDA-nın "inqilabi cihazlar proqramı"nın məqsədi xəstələrə və səhiyyə təminatçılarına tibbi cihazlara daha tez çıxış imkanı yaratmaq üçün onların hazırlanması, qiymətləndirilməsi və nəzərdən keçirilmə prosesini sürətləndirməkdir.