N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Harvard Universitetinin 2,7 milyon dollarlıq qrantları ləğv edilib

17-aprel-2025
Admin
Harvard Universitetinin 2,7 milyon dollarlıq qrantları ləğv edilib
Yazı Ölçüsü:

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Harvard Universitetinə ayrılmış ümumi məbləği 2,7 milyon dollardan çox olan iki qrantı ləğv edib.


"ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən Harvard Universitetinə ayrılmış ümumi dəyəri 2,7 milyon dollardan çox olan iki qrantın ləğv edildiyini elan etdi", — deyə nazirliyin yaydığı sənəddə bildirilir.

Bəyanatda qeyd olunur ki, bu addımlar ABŞ prezidenti Donald Trampın Harvard Universitetinə federal maliyyənin 2,2 milyard dollar məbləğində dondurulması və bu təhsil müəssisəsinin vergi güzəşti statusunun yenidən nəzərdən keçirilməsi təklifindən sonra atılıb.

Daha əvvəl CNN telekanalı mənbələrə istinadla bildirmişdi ki, ABŞ Daxili Gəlir Xidməti Harvardın vergi statusunu yenidən araşdırmaq niyyətindədir. The Washington Post qəzeti də məlumatlı şəxslərə istinadla yazıb ki, Tramp administrasiyası vergi orqanına universitetin vergidən azad statusunun ləğvi ilə bağlı müraciət edib.

Kateqoriyalar