N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Tramp: "Harvard cəfəngiyyat öyrədir və federal maliyyələşmədən məhrum edilməlidir"

16-aprel-2025
Admin
Tramp: "Harvard cəfəngiyyat öyrədir və federal maliyyələşmədən məhrum edilməlidir"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Harvard Universitetini tənqid edərək bu ali təhsil müəssisəsini "yoldan çıxmış", federal maliyyələşməyə layiq olmayan bir qurum adlandırıb.
"PostMedia" xəbər veirr ki, o, "Tramp Truth" Social sosial şəbəkəsində bildirib ki, Harvard radikal solçuları və digər şəxsləri işə götürür, onlar isə "yalnız tələbələrə və guya gələcəyin liderlərinə uğursuzluqları öyrədə bilirlər". Bu səbəbdən Harvard Universiteti "artıq hətta normal bir təhsil müəssisəsi hesab edilə bilməz və dünyanın ən nüfuzlu universitet və kolleclərinin siyahısına daxil edilməməlidir".
"Harvard bir zarafatdır, o, nifrət və axmaqlıq öyrədir və artıq federal maliyyələşmə almamalıdır", – deyə Tramp fikrini bildirib.
ABŞ Təhsil Nazirliyi bazar ertəsi günü Harvard Universitetinə 2,2 milyard dollar məbləğində qrantların və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.
Harvard Universitetinin prezidenti Alan Qarber daha əvvəl bildirib ki, ali məktəb ABŞ Prezidenti Donald Tramp administrasiyasının yəhudi mənşəli tələbələrin antisemitizmdən qorunması məqsədilə təhsil müəssisəsinin siyasətində dəyişikliklər edilməsinə dair tələblərini qəbul etməyəcək.
Daha əvvəl də ABŞ administrasiyasının Harvard Universitetinə ayrılan ümumilikdə təxminən 9 milyard dollarlıq qrant və müqavilələri yenidən nəzərdən keçirmək niyyətində olduğu bildirilmişdi.

Kateqoriyalar