6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Myanmarda yeni ilan növü aşkar edilib

23-aprel-2026
Myanmarda yeni ilan növü aşkar edilib
Yazı Ölçüsü:

Alimlər Myanmar ərazisində çuxur gürzələrinə aid yeni ilan növü aşkar ediblər. Yeni növ İravadi çuxur gürzəsi (Trimeresurus ayeyarwadyensis) adlandırılıb.

"PostMedia" xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri məlumat yayıb.

Tədqiqatı herpetoloq Çan Kin Onn və onun həmkarları Biodayversiti İnstitutu və Kanzas Təbii Tarix Muzeyi Universiteti əməkdaşları ilə birlikdə aparıblar. Onlar ilan populyasiyasını ölkənin mərkəzi hissəsində — "Pathein" və "Yangon" çayları arasında yerləşən ərazidə araşdırıblar.

Əvvəlcə bu ilanlar qeyri-adi rənglərinə görə iki fərqli növün hibridi hesab olunurdu. Lakin genetik analiz onların əvvəllər təsvir olunmamış ayrıca növ olduğunu göstərib.

Maraqlıdır ki, növ daxilində ciddi müxtəliflik var. Belə ki, bəziləri parlaq yaşıl və ləkəsizdir. Digərləri isə tünd yaşıl olub müxtəlif naxışlara malikdir.

Alimlər qeyd edirlər ki, Asiya çuxur gürzələrinin təsnifatı olduqca çətindir. Çünki bəzi növlər xarici görünüşcə demək olar eyni olsa da, genetik baxımdan fərqli ola bilər, əksinə hallarda isə çox fərqli görünsələr də qohum sayılırlar.

Yeni növ adını "Irrawaddy River" çayından alıb ki, bu, Myanmanın ən böyük çayıdır. Tədqiqat nəticələri həmçinin göstərir ki, bu ilan qrupunda gizli genetik müxtəliflik və növlər arasında keçmişdə gen axını mövcud olub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930