6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Alimlər: Yer kürəsinin əhalisi planetin daşıma qabiliyyətini aşıb

09-aprel-2026
Alimlər: Yer kürəsinin əhalisi planetin daşıma qabiliyyətini aşıb
Yazı Ölçüsü:

Avstraliyalı alimlər müəyyən ediblər ki, Yer kürəsinin əhalisinin sayı və bununla bağlı resurs istehlakı artıq planetin imkanlarını üstələyib.

"PostMedia" xəbə verir ki, bu barədə "ScienceAlert" portalı araşdırmaya istinadən məlumat yayıb.

Məlumata görə, Flinders Universitetində Corey Bredşou rəhbərliyi ilə çalışan alimlər qrupu iki əsrdən artıq dövrü əhatə edən demoqrafik məlumatları analiz edib. Nəticədə müəyyən olunub ki, bəşəriyyət artıq planetin uzunmüddətli perspektivdə dəstəkləyə biləcəyi sərhədlərdən kənarda yaşayır.

Alimlərin qeydinə görə, hazırda Yer kürəsinin əhalisi təxminən 8,3 milyard nəfərdir. Halbuki tədqiqatçıların fikrincə, planet üçün optimal əhali sayı təxminən 2,5 milyard nəfərdir.

“Yer bizim resurslardan istifadə tempimizə çata bilmir. Böyük dəyişikliklər olmadan o, hətta indiki tələbatı da qarşılaya bilməz. Araşdırmalarımız göstərir ki, biz planetə onun tab gətirə biləcəyindən daha böyük təzyiq göstəririk”, – deyə Bredşou bildirib.

Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930