N/A°C Bakı
1$ = 1.70₼
Elm-Təhsil

Çində təxminən 3 min illik 30-dan çox qəbir aşkar edilib

07-yanvar-2026
Türkan Nəbi
Çində təxminən 3 min illik 30-dan çox qəbir aşkar edilib
Yazı Ölçüsü:

Çinin şimal-qərbində arxeoloqlar təxminən 3 min il əvvələ aid 31 qədim qəbirdən ibarət kompleks aşkar ediblər.

"PostMedia" xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qəbirlər Şensi əyalətinin Veynan şəhərinin Fupin rayonunda yerləşir. Ərazidə arxeoloji qazıntılar 2022-ci ilin yayından aparılır.

Qazıntılar zamanı 300-dən çox arxeoloji tapıntı üzə çıxarılıb. Onların arasında bürünc və laklanmış əşyalar, insan və əjdaha naxışlı nefrit asmalar, eləcə də daş qonglar var.

Bundan başqa, qəbirlərdə gildən hazırlanmış qablar və saxsı bəzək əşyaları tapılıb. Tədqiqatçıların fikrincə, bu əşyalar əsasən adi insanlara məxsus olub.

Keramika və bürünc məmulatların formalarının müqayisəli təhlili, eləcə də insan sümüklərinin karbon analizi nəticəsində müəyyən edilib ki, tapılan qalıqlar Qərbi Cou sülaləsinin orta və son dövrünə aiddir (e.ə. 1046–771-ci illər).

Kateqoriyalar