N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Azərbaycanın Gürcüstan ərazisindən keçməklə neft məhsullarının tranzitinin təşkili üzrə danışıqlar yekunlşaır

17-dekabr-2025
Türkan Nəbi
Azərbaycanın Gürcüstan ərazisindən keçməklə neft məhsullarının tranzitinin təşkili üzrə danışıqlar yekunlşaır
Yazı Ölçüsü:

"Azərbaycanın Gürcüstan ərazisindən keçməklə neft məhsullarının tranzitinin təşkili üzrə yekun variant danışıqlar mövzusudur".

"PostMedia" xəbər verir ki, nunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Cari ilin dekabr ayının əvvəlində Gürcüstanın İqtisadiyyat Nazirliyi bəyan edib ki, Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə Ermənistana neftin tranzitini birdəfəlik və ödənişsiz təmin edəcək.

“Bizim üçün Azərbaycan tərəfinin maraqları tamamilə məqbuldur, eyni zamanda Ermənistan tərəfinin maraqları da nəzərə alınır. Bizim də öz maraqlarımız var və düşünürəm ki, danışıqlar yolu ilə üç ölkənin maraqlarını təmin edəcək ən optimal həlli asanlıqla tapacağıq”, – deyə İrakli Kobaxidze Birinci Kanalın efirində bildirib.

Baş nazir qeyd edib ki, Türkmənistanda Azərbaycan baş naziri ilə dostluq şəraitində görüşü olub.

“Ümumiyyətlə, Azərbaycan bizim xüsusi dostumuzdur, hökumətlər arasında münasibətlər son dərəcə dostcadır. Buna görə də heç bir məsələ üzrə ortaq məxrəcə gəlməkdə çətinlik çəkməyəcəyik”, – deyə Kobaxidze əlavə edib.

Bundan əvvəl bir sıra media orqanlarında Gürcüstanın 111 kilometrlik marşrut üzrə Azərbaycandan Ermənistana neftin mümkün tranziti üçün hər tonuna 92 dollar tələb etdiyi barədə məlumat yayıb. Bu isə ton-kilometrə görə 0,82 dollara bərabərdir.

Azərbaycanda oxşar yükün 680 kilometrlik marşrut üzrə (Yalamadan Böyük Kəsiyə qədər) daşınması 17 dollara başa gəlir ki, bu da ton-kilometrə görə 0,02 dollar deməkdir. Bu tarif Gürcüstanın təklif etdiyindən 40 dəfə aşağıdır.

Baş nazir həmçinin Cənub Qaz Dəhlizi üzrə sazişin müddətinin başa çatması ilə bağlı suala cavab verərək bildirib ki, bütün mövzular üzrə danışıqlar davam edir.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında xüsusi dostluq münasibətləri mövcuddur ki, bu da nikbinlik üçün əsas yaradır və Gürcüstan tərəfi hər iki ölkə üçün maraqlı olan razılaşmanın əldə olunacağına ümid edir.

Kateqoriyalar