N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan: Qara dənizdə kommersiya və mülki gəmilərə atəş açmaq qəbuledilməzdir

16-dekabr-2025
Turan Hüseynli
Ərdoğan: Qara dənizdə kommersiya və mülki gəmilərə atəş açmaq qəbuledilməzdir
Yazı Ölçüsü:

Qara dənizdə ticarət və mülki gəmilərə atəş açılması qəbulolunmazdır.

PostMedia” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən səfirlərin 16-cı konfransında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Ankara Rusiya-Ukrayna münaqişəsinin hər iki tərəfinə bu növ hərəkətlərlə bağlı ciddi xəbərdarlıq edir.

"Türkiyə Montrö konvensiyasına ciddi şəkildə riayət edərək münaqişənin Qara dənizə yayılmasının qarşısını almışdır. Lakin son qarşılıqlı hücumlar Qara dənizdə naviqasiya təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Ticarət və mülki gəmilərin hədəfə alınması heç kimə fayda verməyəcək. Biz bu məsələ ilə bağlı xəbərdarlıqlarımızı hər iki tərəfə aydın şəkildə çatdırmışıq", - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan həmçinin Türkiyənin Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi vasitəçilik səylərini xatırladıb. Onun sözlərinə görə, bu səylər İstanbulda tərəflər arasında birbaşa danışıqların təşkili, Qara dəniz Taxıl Təşəbbüsü və əsir mübadiləsi kimi mühüm humanitar nəticələr verib.

Kateqoriyalar