6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ Konqresinə 907-ci düzəlişin tam ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib

12-dekabr-2025
ABŞ Konqresinə 907-ci düzəlişin tam ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib
Yazı Ölçüsü:
ABŞ Nümayəndələr Palatasına Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəlişin tam şəkildə ləğv edilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
"PostMedia" xəbər veirr ki, sənəd “Azərbaycana yardım göstərilməsinə qoyulan məhdudiyyətin ləğvi haqqında qanun layihəsi” adlanır və onu Konqres üzvü Anna Paulina Luna təqdim edib.
Mövcud düzəlişə əsasən, ABŞ prezidenti Konqresə rəsmi şəkildə məlumat vermədən Azərbaycana hökumət xətti ilə yardım göstərə bilməz. Bu məlumatda Azərbaycan tərəfindən Ermənistana və Qarabağa qarşı blokada və güc tətbiqi ilə bağlı bütün addımların dayandırılması barədə irəliləyişin olduğunu təsdiqləmək tələb olunur.
Düzəlişin ləğvi təşəbbüsü haqqında məlumat 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilən görüşdən sonra açıqlanıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930