6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyanın təyyarəsi Moskva hava limanında eniş edə bilməyib

11-dekabr-2025
Paşinyanın təyyarəsi Moskva hava limanında eniş edə bilməyib
Yazı Ölçüsü:

Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada eniş icazəsi almadığı üçün məcburi şəkildə Sankt-Peterburqda eniş edib.

"PostMedia" Rusiya KİV-ləinə istinadən xəbə vei ki, "ACJ319" tipli təyyarə təxminən bir saat Tver vilayəti üzərində dövrə vurub və eniş üçün imkan gözləyib, lakin nəticə olmayınca “Pulkovo” hava limanına yönləndirilib.

Məlumata əsasən, uçuşların pozulmasına səbəb Moskva bölgəsinə edilən son dövrlərin ən böyük pilotsuz uçuş aparatı (PUA) hücumlarından biri olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində Moskva vilayəti üzərində 32 PUA-nı məhv edib.

Sakinlər Zelenoqrad, Ramenskoye, Odintsovo və Dubna ərazilərində partlayış səslərinin eşidildiyini bildiriblər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930