N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Yerevan meri şəhərin gerbindəki rəngləri dəyişmək istəyir

11-dekabr-2025
Türkan Nəbi
Yerevan meri şəhərin gerbindəki rəngləri dəyişmək istəyir
Yazı Ölçüsü:
Yerevan hakimiyyəti paytaxtın gerbi və bayrağının rəng palitrasını dəyişməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, uyğun layihə 23 dekabr tarixində Şura iclasının gündəliyinə daxil edilib. Bu barədə meriya Aparatının keçmiş ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Ovsep Kubatyan məlumat verib.
Onun sözlərinə görə, hazırkı qırmızı, mavi və narıncı rənglərin kombinasiyasından imtina edib, vahid mavi rəngin təsdiqi təklif olunur.
Qərarın əsaslandırılmasında bildirilib ki, mavi rəng müasir və minimalist yanaşmaları əks etdirir, Ermənistanın dövlət simvolları ilə səsləşir və sülh, yaradıcı əmək ilə assosiasiya olunur. Bundan əlavə, rəng rəqəmsal mühitdə — ekranlarda, onlayn platformalarda və qrafik materiallarda təmiz və ifadəli vizual qavrayış yaradır.
Təşəbbüs müəllifləri hesab edirlər ki, rəng palitrasının dəyişdirilməsi Ermənistan paytaxtının yeni fəlsəfəsini əks etdirməlidir — innovasiyalara, modernləşməyə və dayanıqlı inkişaf yönümlü bir obraz yaratmaq məqsədi daşıyır.
Kateqoriyalar