N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İrakli Kobaxidze: "Gürcüstan və Azərbaycan güclü müttəfiqlər olaraq qalır"

11-dekabr-2025
Turan Hüseynli
İrakli Kobaxidze: "Gürcüstan və Azərbaycan güclü müttəfiqlər olaraq qalır"
Yazı Ölçüsü:

Gürcüstanın baş naziri İrakli Kobaxidze Aşqabadda keçirilən forum çərçivəsində Azərbaycan baş naziri Əli Əsədovla görüşüb.

"PostMedia"nın məlumatına görə, Kobaxidze görüş barədə sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir və tərəflər sıx əməkdaşlığı davam etdirirlər.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan regionda sülhün və sabitliyin qorunmasına xüsusi önəm verir və bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərir. Baş nazir vurğulayıb ki, strateji tərəfdaşlıq xətti dəyişməz olaraq qalır və hökumətlər qarşılıqlı layihələrin daha da genişləndirilməsində maraqlıdır.

Tərəflərin görüşdə enerji, nəqliyyat, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdiyi bildirilir. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu və digər tranzit marşrutlarının modernləşdirilməsi üzrə işlərin sürətləndirilməsi diqqət mərkəzində olub.

Kobaxidze qeyd edib ki, Gürcüstan-Azərbaycan münasibətləri təkcə regional səviyyədə deyil, beynəlxalq platformalarda da mühüm əməkdaşlıq nümunəsi hesab olunur. O, bu tərəfdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.

Kateqoriyalar