6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan Azərbaycan Liderinin qərarından danışdı: "Alqışlayıram"

11-dekabr-2025
Paşinyan Azərbaycan Liderinin qərarından danışdı: "Alqışlayıram"
Yazı Ölçüsü:
Ermənistan Baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların açılmasına toxunub və Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə atdığı addımları alqışladığını bildirib.
"PostMedia" xəbər verir ki, o, bu barədə bu gün Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edərkən danışıb.
"İqtisadi əməkdaşlığın başqa mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Nəqliyyat infrastrukturunun şaxələndirilməsi ticarət dövriyyəsinin artması üçün əlavə stimul ola bilər.
Bu kontekstdə qeyd etmək istərdim ki, regionda baş verən pozitiv dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır.
Regional kommunikasiyaların açılması həm əlaqələrin genişlənməsi, həm də böyük regionun bütün ölkələri üçün iqtisadi sabitliyin möhkəmlənməsi baxımından mühüm amilə çevrilə bilər. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın ərazisi vasitəsilə Ermənistana göndərilən yüklərin tranzitini açmaq barədə qərarını alqışlayıram. Bu, regionumuzda sülhün və sabitliyin bərqərar olması istiqamətində əhəmiyyətli nailiyyətlərdən biridir”.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930