Armen Qriqoryan: "Ermənistan və Azərbaycanda regiona necə sülh gətirmək haqqında düşünürlər"
09-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"ə birgə müsahibə veriblər.
"PostMedia" xəbər verir ki, müsahibə zamanı Qriqoryan bildirib ki, Ermənistan və Azərbaycanın rəhbərləri regionda sülh və sabitliyi təmin etməyin yolları haqqında düşünürdülər, bu da sülhü institusionallaşdırmaq və prosesdə irəliləmək barədə müzakirələrə səbəb olub.
“Uğurlarımız böyükdür və biz bunu qeyd edirik. İstənilən münaqişədə tərəflər bir-birinə etibar etmir, lakin biz bu istiqamətdə çalışırıq. Regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı artıracaq, sülhü möhkəmləndirəcək və hər iki cəmiyyətə iqtisadi fayda verəcək.
Hazırda "Tramp marşrutu"nun icrası ABŞ ilə intensiv şəkildə müzakirə olunur”.