Azərbaycanla sülh həm Ermənistan, həm Azərbaycan, həm Cənubi Qafqaz, həm də Aİ üçün üstünlüklər yaradır – Nikol Paşinyan
09-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Azərbaycanla sülh həm Ermənistan, həm Azərbaycan, həm Cənubi Qafqaz, həm də Aİ üçün üstünlüklər yaradır.
"PostMedia" xəbər verir ki, bunu Almaniyada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Merzlə görüşdə bildirib.
Paşinyan əlavə edib ki, Azərbaycanla sülh həm Ermənistana, həm Azərbaycana, həm Cənubi Qafqaza, həm də Avropa İttifaqına üstünlüklər verir.
“O ümid edirəm və əminəm ki, Ermənistan–Türkiyə sərhədinin açılması nöqtəsinə çatacağıq. Bu isə o deməkdir ki, Aİ ilə, o cümlədən Almaniya ilə birbaşa əlaqə yaranacaq”, – deyə o vurğulayıb.