N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstanda mitinqlərin keçirilməsi qaydaları sərtləşdirilir

09-dekabr-2025
Turan Hüseynli
Gürcüstanda mitinqlərin keçirilməsi qaydaları sərtləşdirilir
Yazı Ölçüsü:

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası parlamentə “Yığıncaqlar və nümayişlər haqqında” qanuna dəyişiklik layihəsi təqdim edib.

"PostMedia" xəbər veirr ki, layihəyə əsasən, yığıncaqların keçirilməsi qaydaları daha da sərtləşdirilir. Qanuna görə, yığıncaqlar əvvəlcədən, ən azı 5 gün öncə Daxili İşlər Nazirliyinə (DİN) bildirilməlidir.

Dəyişiklikdə yolun bağlanması qadağası ilə yanaşı, iştirakçı sayına uyğun olmayan “süni” piyada zonalarının bağlanması da qadağan olunur. Eyni zamanda, küçələrin piyada hissəsinin avtomobil, konstruksiya və digər əşyalarla bloklanması da qadağan edilir.

Əgər mitinq iştirakçıları yolu və ya piyada zonalarını kütləvi şəkildə bağlayarsa, DİN onlardan hərəkəti açmağı tələb edə bilər. Tələb 15 dəqiqə ərzində yerinə yetirilməzsə, tədbir qanunsuz hesab oluna bilər.

Oktyabr ayında parlament inzibati və cinayət məcəllələrinə dəyişikliklər edərək, mitinqlərin qaydalarını pozanlara tətbiq olunan sanksiyaları sərtləşdirmişdi. Maskalı iştirakçılar, az sayda protestçi ilə yol bağlayan və ya müvəqqəti konstruksiya quran şəxslər 15 günədək inzibati həbs edilə bilər.

Tədbirin təşkilatçıları 20 günədək, polisin tələblərinə əməl etməyənlər isə 60 günədək həbs oluna bilər. Tbilisidə etiraz aksiyaları 28 noyabrdan bəri davam edir və nümayişçilər parlament binası qarşısında yolları bir neçə saatlıq bağlayırlar.

Kateqoriyalar