N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putin rusları hərbi toplanışlara çağırır

09-dekabr-2025
Turan Hüseynli
Putin rusları hərbi toplanışlara çağırır
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin dekabrın 8-də 2026-cı il hərbi toplanışlarına vətəndaşların çağırılmasını nəzərdə tutan fərmanı imzalayıb.

"PostMedia" xəbər verir ki, hüquqi informasiya portalında yayımlanan sənədə əsasən, hərbi ehtiyatda olan şəxslər illik hazırlıq toplanışlarına göndəriləcək və bunun təşkilinə Rusiya hökuməti və regional rəhbərlik məsuldur.

Fərman imzalandığı andan qüvvəyə minir və sənəddə “xidmət istifadəsi üçün” qeyd edilən iki məxfi bölmə var. Bu bölmələrdə toplanışa cəlb ediləcək vətəndaşların sayı və hazırlıq müddəti göstərildiyi ehtimal edilir.

Rusiyada qış aylarında hərbi toplanışın keçirilməsi nadir hadisədir. Ötən il Putin 20 ildən sonra ilk dəfə belə bir toplanışın yanvarda keçirilməsi barədə fərman vermişdi. Oxşar fərmanlar 2024-cü il martın 1-də, 2023-cü il mayın 10-da, 2022 və 2021-ci illərin aprelin 26-da və 2020-ci ilin iyunun 29-da da imzalanıb. 2019-cu ildə toplanış fevralda elan edilərək martda baş tutmuşdu, 2004-2018-ci illərdə isə əsasən mart–iyun aylarında keçirilirdi.

2000-ci illərin əvvəlində isə toplanışlar daha mütəmadi olaraq yanvar ayında təşkil edilir və fərmanlar adətən ilin son günlərində imzalanırdı.

Bundan əvvəl Dövlət Dumasının müdafiə komitəsinin üzvü, general-leytenant Viktor Sobolev bildirmişdi ki, Rusiyadakı bütün gənclər NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşmaq üçün altı aylıq hərbi hazırlıq keçməlidir. Onun sözlərinə görə, hazırda genişmiqyaslı müharibə üçün lazımi səviyyədə hazırlıqlı ehtiyat qüvvə yoxdur: “Hər on nəfərdən yalnız biri hərbi xidmət keçib. Belə şəraitdə effektiv ehtiyat yaratmaq mümkün deyil”.

Sobolev əlavə edib ki, gənclərin 100%-i hərbi ixtisasa malik olmalıdır və bunun üçün ən azı altı aylıq təlim tələb olunur.

Kateqoriyalar