N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya Kanada, Fransa və Portuqaliya ilə hərbi sahədə bağlanmış müqavilələri dayandırıb

05-dekabr-2025
Turan Hüseynli
Rusiya Kanada, Fransa və Portuqaliya ilə hərbi sahədə bağlanmış müqavilələri dayandırıb
Yazı Ölçüsü:

Rusiyanın Baş naziri Mixail Mişustin Kanada, Fransa Portuqaliya ilə hərbi sahədə imzalanmış bir sıra müqavilələrin dayandırılması barədə sərəncam imzalayıb.

"PostMedia" xəbər verir ki, sənəd rəsmi hüquqi aktların dərc olunduğu hökumət portalında yerləşdirilib.

Sərəncama əsasən, SSRİ hökuməti ilə Kanada hökuməti arasında 20 noyabr 1989-cu ildə imzalanmış hərbi sahədə qarşılıqlı səfərlərə dair saziş qüvvədən düşür. Eyni zamanda, 4 fevral 1994-cü ildə Rusiya və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair müqavilə də ləğv edilir. Bundan əlavə, 4 avqust 2000-ci ildə Rusiya ilə Portuqaliya arasında hərbi əməkdaşlıq haqqında razılaşma da dayandırılıb.

Sənəddə qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyi Kanada, Fransa və Portuqaliya tərəflərini bu qərar barədə rəsmi qaydada məlumatlandırmalıdır.

Qərarın qəbul edilməsinin səbəbləri açıqlanmasa da, bu addım Rusiya ilə Qərb ölkələri arasında davam edən siyasi və hərbi gərginlik fonunda atılıb. Analitiklər bu qərarı tərəflər arasında münasibətlərin daha da sərtləşməsi kimi qiymətləndirirlər.

Kateqoriyalar