N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Moskva təkid edir ki, NATO şərqə doğru genişlənməməlidir

04-dekabr-2025
Türkan Nəbi
Moskva təkid edir ki, NATO şərqə doğru genişlənməməlidir
Yazı Ölçüsü:
"Moskva NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı 1990-cı illərdə verilmiş açıq vədlərin yerinə yetirilməsini tələb edir".
"PostMedia" xəbər veirr ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "India Today" televiziyasına verdiyi müsahibəsində bildirib.
"Biz heç bir fövqəladə və ya gözlənilməz, göydən düşən şey tələb etmirik. Sadəcə olaraq, bizə artıq verilmiş vədlərin yerinə yetirilməsini tələb edirik. Bu vədlər dünən icad edilməyib. Onlar Rusiyaya 1990-cı illərdə verilib. NATO şərqə doğru genişlənməməlidir, bu açıq şəkildə elan olunub", – deyə Putin vurğulayıb.
Putin qeyd edib ki, o vaxtdan bəri alyansın bir neçə genişlənmə dalğası baş verib və bunun pik nöqtəsi Ukraynanın NATO-ya daxil edilməsi təşəbbüsüdür.
"Bu, bizim üçün heç bir fayda vermir və ciddi təhlükədir. Unutmayaq ki, NATO hərbi-siyasi alyansdır və Vaşinqton müqaviləsinin 5-ci maddəsi (NATO üzv dövlətlərindən biri ilə silahlı münaqişə bütün alyansla münaqişə sayılır) hələ də qüvvədədir. Bu, bizim üçün təhlükədir. Heç kim bizi ciddi qəbul etmir", – deyə Putin əlavə edib.
Nəhayət, Ukrayna müstəqillik əldə etdikdə, çoxları onun ilk təsdiqləyici sənədinin nə olduğunu unudub, deyə Putin bildirib.
"Bu, Ukraynanın dövlət suverenliyi və müstəqilliyi haqqında bəyannamə idi. O, Ukrayna suverenliyinin və müasir dövlətçiliyin təməlini təşkil edir. Həmin sənəddə açıq şəkildə qeyd olunub ki, Ukrayna neytral dövlətdir", – Putin yekunlaşdırıb.
Kateqoriyalar