N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ukraynanın səfirini və Rusiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-nə çağırıldı

04-dekabr-2025
Amin Şükür
Ukraynanın səfirini və Rusiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-nə çağırıldı
Yazı Ölçüsü:
Türkiyə Xarici İşlər Nazirliyi son günlər Qara dənizdə, ölkənin xüsusi iqtisadi zonasındakı Rusiya ilə əlaqəli gəmilərə edilən hücumlara görə həm Ukraynanın Türkiyədəki səfirini, həm də Rusiyanın müvəqqəti işlər vəkilini nazirliyə dəvət edərək narahatlığını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuter" Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekincinin Türkiyə Parlamentində çıxışına istinadən məlumat yayıb.
Ekincinin sözlərinə görə, son həftələr Rusiya–Ukrayna müharibəsində gərginlik ciddi şəkildə artıb və tərəflər bir-birinin obyektlərinə qarşı hücumları intensivləşdiriblər.
“Son həftələr çox ciddi eskalasiya müşahidə edirik. Qarşılıqlı hücumlar artıb. Nəhayət, Qara dənizdə, bizim xüsusi iqtisadi zonamızda bəzi hücumlar həyata keçirildi.
Dünən və bu gün biz həm Rusiyanın müvəqqəti işlər vəkilini, həm də Ukraynanın səfirini XİN-ə çağıraraq narahatlığımızı çatdırdıq,” – deyə o parlamentin xarici əlaqələr komitəsində bildirib.
Türkiyə tərəfi hər iki ölkəyə regionda təhlükəsizliyi pozan addımlardan çəkinmək çağırışı edib.
Kateqoriyalar