Ərdoğan Ukrayna məsələsində Putin və Avropa liderləri ilə əlaqələri davam etdirir
03-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Rusiya razılaşdırma məsələsində müsbət mövqe nümayiş etdirir.
"PostMedia" xəbər verfir ki, Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada münaqişənin həlli ilə bağlı Rusiya Prezidenti Vladimir Putin və Avropa liderləri ilə əlaqələri davam etdirir. Bu barədə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan açıqlama verib.
Fidan Brüsseldə jurnalistlərə bildirib: “Ümid edirəm ki, münaqişənin həlli üzrə işlər irəliləyəcək. Vacib olan odur ki, danışıqlar davam etsin və ortaq nöqtə tapılsın. Mən hesab edirəm ki, indi vasitəçilik edən Stiv Uitkof müsbət rol oynaya bilər, o kifayət qədər bacarıqlıdır.”
Nazirin sözlərinə görə, Ərdoğan Ukrayna məsələsində diplomatiyasını davam etdirir.
Fidan əlavə edib: “Biz bir daha bildirdik ki, danışıqları qəbul etməyə hazırıq. Rusiya razılaşdırma məsələsində müsbət mövqe nümayiş etdirir və hesab edirəm ki, eyni mövqeni Ukrayna da göstərəcək. Razılıq əldə olunarsa, bunun detalları sənəd üzərində müzakirə edilə və dəqiqləşdirilə bilər. Bunun üçün tərəflər danışıqlar masasına oturmalıdır. Türkiyədən yaxşı yer yoxdur. İstanbulda bu görüşləri üç dəfə keçirmişik və bunu sübut etmişik.”
Qeyd edək ki, əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransız həmkarı Emmanuel Makronla danışaraq, tərəflərlə əlaqə saxlayaraq İstanbulda Ukrayna məsələsi üzrə danışıqları bərpa etməyə çalışdığını bildirmişdi.