Ermənistanın əvvəlki hakimiyyətlərinin fəaliyyətini müzakirə etməyə ehtiyac yoxdur.
“PostMedia” Ermənistan KİV-lərinə istinsdən xəbər verir ki, bunu dekabrın 3-də Milli Məclisin iclasında deputatların suallarını cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan deyib ki, əvvəlki hakimiyyətlərlə bağlı danışılacaq heç bir mövzu qalmayıb:
“Haqsız yerə keçmiş hakimiyyətləri müzakirə edirik. Artıq danışmalı heç nə yoxdur. Qarabağ məsələsi ilə bağlı dərc etdiyimiz paket də göstərir ki, ümumiyyətlə, əlavə danışmağa mövzu qalmayıb”, – deyə o vurğulayıb.
Baş nazirin sözlərinə görə, hazırkı hakimiyyət mütəmadi olaraq sədarənklərə çəkilir:
“Gəlirik, saatlarla Robert Koçaryan, Serj Sarkisyan haqqında danışırıq… Məncə, onlar artıq bizim rəqibimiz deyil. Onlar çoxdan siyasi rəqib statusunu itiriblər”, – Paşinyan bildirib.
O əlavə edib ki, hökumət öz gördüyü işlərə kifayət qədər diqqət yönəldə bilmir. Məsələn, bu il əlavə 500 kilometr yolun tikildiyi faktı belə kölgədə qalır.
Paşinyan qeyd edib ki, son illərdə minlərlə kilometr yol və onlarla məktəb tikilib, təhsil sahəsində ciddi islahatlar aparılıb.
Baş nazir bildirib ki, hökumətin hazırda həyata keçirdiyi bir çox strateji layihələr var, lakin bu layihələr barədə hər kəsə məlumat vermirlər – çünki vaxtlarını artıq aydın olan məsələləri sübut etməyə sərf edirlər.