N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ və Avropa ilə qarşılıqlı sanksiyaların ləğvi müzakirə olunur - Rusiya Maliyyə Nazirliyi

02-dekabr-2025
Turan Hüseynli
ABŞ və Avropa ilə qarşılıqlı sanksiyaların ləğvi müzakirə olunur - Rusiya Maliyyə Nazirliyi
Yazı Ölçüsü:

Rusiya Maliyyə Nazirliyi ABŞ və Avropa İttifaqı ilə qarşılıqlı sanksiyaların ləğvi məsələsinin müzakirə olunduğunu bildirib.

"PostMedia" RBC.ru-ya istinadən xəbər verir ki, nazirlikdən sanksiyaların qaldırılması üçün iki tərəf arasında danışıqlar aparıldığı və bu, maliyyə sisteminin normal işləməsinə imkan verə bilmədiyi qeyd edilib.

Rusiya tərəfi bildirib ki, qarşılıqlı sanksiyaların ləğvi həm iqtisadiyyatın sabitləşməsi, həm də beynəlxalq ticarət əlaqələrinin bərpası üçün vacibdir. Nazirlik əlavə edib ki, ABŞ və Avropa ilə konstruktiv danışıqların aparılması üçün bütün hüquqi mexanizmlər istifadə olunur.

Məlumata görə, sanksiyaların qaldırılması məsələsi həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən diqqətlə öyrənilir və tərəflər bu prosesi mərhələli şəkildə həyata keçirməyi planlaşdırır.

Rusiya Maliyyə Nazirliyi həmçinin qeyd edib ki, sanksiyaların mümkün ləğvi Rusiyanın maliyyə bazarlarına və xarici investisiyalara müsbət təsir göstərə bilər. Nazirlik rəqəmlərlə göstərib ki, sanksiyalar nəticəsində iqtisadiyyatın bəzi sahələrində çətinliklər yaranıb və onların aradan qaldırılması üçün addımlar atılır.

Kateqoriyalar