Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri ilə bağlı hazırlıqlar davam edir.
"PostMedia" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Onun sözlərinə görə, səfərin təşkili artıq razılaşdırılıb və hazırda tarixlə bağlı dəqiqləşdirmə işləri aparılır:
“Türkiyə Prezidentinin İrana səfərinin koordinasiyası gedir, səfər razılaşdırılıb. Həmkarlarım səfərin dəqiq vaxtının müəyyən edilməsi üzərində işləyirlər”.
Qeyd edək ki, bundan bir gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehrana səfər edib və iranlı həmkarı Abbas Əraqçi, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Prezident Məsud Pezeşkiyan ilə görüşlər keçirib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
