Rusiya ilə Ukrayna arasındakı müharibə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə təhdid yaradacaq səviyyəyə çatıb.
"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin iqtisadi zonasına daxil olan ərazidə ticarət gəmilərinə edilən hücumu “təhlükəli eskalasiya” kimi qiymətləndirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə bu cür hücumların naviqasiya təhlükəsizliyinə, insanların həyatına və ətraf mühitə yaratdığı riskləri qətiyyən qəbul edə bilməz:
“Xüsusi iqtisadi zonamızda baş verən, gəmi keçidinə təhlükə yaradan hücumlara dözümlü yanaşa bilmərik. Belə hallarla bağlı bütün tərəflərə lazım olan xəbərdarlıqları edirik. Eyni zamanda müharibənin başa çatmasına dair son prosesləri diqqətlə izləyirik və imkan yarandıqda bu istiqamətdə töhfə verməyə hazır olduğumuzu bildiririk”, – deyə Türkiyə lideri vurğulayıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
