6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ermənistan–Fransa müdafiə sahəsində əməkdaşlığı genişləndirmək istəyir

28-noyabr-2025
Ermənistan–Fransa müdafiə sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Yazı Ölçüsü:

Noyabrın 28-də Ermənistanın Fransadakı səfirı Arman Xaçatryan Fransiya Prezidentinin hərbi məsələlər üzrə müşaviri, xüsusi hərbi qərargahın rəisi, ordu generalı Vinsent Jiro ilə görüşüb.

PostMedia” erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Ermənistan və Fransa arasında dostluq münasibətlərinə, o cümlədən müdafiə əməkdaşlığına dair geniş spektrli məsələlər müzakirə olunub.

Səfir Xaçatryan 8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalar barədə məlumat verib və Cənubi Qafqazda sülhün institusional şəkildə möhkəmləndirilməsi istiqamətində Ermənistanın atdığı addımları təqdim edib.

Tərəflər həmçinin regional təhlükəsizliklə bağlı mövzulara da toxunublar.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930