6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Roma Papası Ankarada Ərdoğanla görüşüb

27-noyabr-2025
Roma Papası Ankarada Ərdoğanla görüşüb
Yazı Ölçüsü:

Roma Papası XIV Lev rəsmi səfərlə Türkiyəyə gəlib və Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"PostMedia" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüş Prezidentin iqamətgahında baş tutub və təxminən yarım saat davam edib.

Papaya rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdə həm Türkiyə, həm də Vatikanın himnləri səsləndirilib, kompleksdə tarixi türk dövlətlərini simvolizə edən on altı bayraq asılıb və Papaya 21 top atışı ilə hörmət göstərilib.

Ərdoğan və XIV Lev Türkiyə və Vatikan bayraqları fonunda foto çəkdiriblər. Daha sonra iki ölkə rəhbərlərinin təkbətək görüşü və nümayəndə heyətləri ilə danışıqlar başlayıb.

Türk tərəfdən mərasimdə vitse-prezident Cevdət Yılmaz, xarici işlər naziri Hakan Fidan, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Prezident aparatının baş katibi Hakkı Susmaz və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Səfər çərçivəsində XIV Lev Mustafa Kamal Atatürkün məzarını da ziyarət edib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930