N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər | Qarabağ

Sülh müqaviləsinin imzalanması üzrə danışıqlar davam edir – konkret vaxt müəyyən deyil

26-noyabr-2025
Türkan Nəbi
Sülh müqaviləsinin imzalanması üzrə danışıqlar davam edir – konkret vaxt müəyyən deyil
Yazı Ölçüsü:

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqlar davam edir, lakin müqavilənin imzalanması üçün konkret vaxt müəyyən deyil.

"PostMedia" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

“Proses normal şəkildə davam edir və biz böyük ümidlərlə baxırıq ki, müqavilə gələcəkdə imzalanacaq. Bu baxımdan tərəflər arasında davamlı kontaktlar mövcuddur”, – deyə o bildirib.

Sərhədin delimitasiyası prosesi barədə danışan nazir müavini qeyd edib ki, bu proses iki ölkənin sərhəd delimitasiyası komissiyalarının rəhbərləri səviyyəsində aparılır. “Biz həmişə baş verənləri açıqlama vasitəsilə ictimaiyyətə çatdırırıq”, – deyə Safaryan vurğulayıb ki, işlər dayandırılmayıb.

Jurnalistlərin “Sərhəd delimitasiyası Syunikdə davam edəcəkmi?” sualına o cavab verib ki, hər hansı bir inkişaf olarsa, mütləq açıqlama veriləcək.

Sülh müqaviləsinin mümkün imzalanma vaxtı barədə suala isə nazir müavini konkret vaxt deyə bilməyəcəyini bildirib.

Kateqoriyalar