6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan: "Türkiyə hələ Qəzzadakı beynəlxalq qüvvələrdə iştirakla bağlı qərar verməyib"

24-noyabr-2025
Ərdoğan: "Türkiyə hələ Qəzzadakı beynəlxalq qüvvələrdə iştirakla bağlı qərar verməyib"
Yazı Ölçüsü:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Qəzzada nəzərdən keçirilən beynəlxalq qüvvələrin tərkibində iştirakla bağlı hələlik qərar verməyib.
"PostMedia" xəbər verir ki, o, bunu Cənubi Afrikada G20 sammitində iştirak etdiyi mətbuat konfransında söyləyib.
"Bu məsələ qiymətləndirilməlidir. Ona görə də biz, xüsusilə də müdafiə nazirliyi, təhlükəsizlik qüvvələrimizin Qəzzada sabitləşdirici qüvvə kimi necə iştirak edə biləcəyinik analiz edəcəyik. Bu qiymətləndirmədən sonra qərar veriləcək", – deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl "Axios" portalı mənbələrə istinadən xəbər verib ki, ABŞ bir neçə ölkə ilə Qəzza sektorunda sabitləşdirici beynəlxalq qüvvələrin yaradılması barədə qapalı danışıqlar aparır. Bu qüvvələrin tərkibinə Azərbaycan, Misir, İndoneziya və Türkiyə nümayəndələri, həmçinin Fələstin polisinin bölmələri daxil ola bilər.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930