6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Zelenski və Tramp gələn həftə ABŞ-nin yeni sülh planını müzakirə edəcəklər

21-noyabr-2025
Zelenski və Tramp gələn həftə ABŞ-nin yeni sülh planını müzakirə edəcəklər
Yazı Ölçüsü:

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp gələn həftə telefon danışığı zamanı Vaşinqtonun hazırladığı yeni sülh təkliflərini müzakirə edəcəklər.

"PostMedia" xəbər veirr ki, bu barədə məlumatı "Sky News" anonim mənbəyə istinadla yayıb.

Telekanalın məlumatına görə, Zelenski bundan əvvəl ABŞ-ın sülh planını Böyük Britaniya, Fransa, Almaniya və İtaliya liderləri ilə müzakirə edəcək.

Sky News bildirir ki, ABŞ-ın yeni təşəbbüsü Avropa İttifaqı daxilində ciddi narazılıq yaradıb. Plan dünən Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısında kəskin tənqid olunub. Xüsusilə Polşa, İtaliya, Fransa, Litva və Almaniyanın sərt etirazlar səsləndirdiyi qeyd edilir.

Məlumata görə, Aİ tərəfi ümid edir ki, ABŞ dövlət katibi Marko Rubio sülh planının layihəsində müəyyən dəyişikliklərə nail olacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930