N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Şimali Koreya hərbçiləri Cənubi Koreya sərhədini keçib

21-noyabr-2025
Admin
Şimali Koreya hərbçiləri Cənubi Koreya sərhədini keçib
Yazı Ölçüsü:

Noyabrın 19-da Koreya Xalq Ordusunun hərbçiləri qısa müddətə Koreyalararası sərhədi pozub, bundan sonra Cənubi Koreya qarşı tərəfə xəbərdarlıq atəşi açıb. "PostMedia" "Yonhap" agentliyinə istinadən məlumat verir ki, hadisə Şimali Koreya hərbçilərinin sərhədyanı patrul xidməti həyata keçirdiyi zaman baş verib. Mənbələr həmin ərazidə neçə hərbçinin olduğunu və onların silahlı olub-olmadığını açıqlamayıb. Cənubi Koreya əvvəlcə radio vasitəsilə xəbərdarlıq edib, daha sonra xəbərdarlıq atəşi açıb. Seul bildirib ki, “təlimatlara uyğun şəkildə hərəkət edib”. Şimali Koreya hərbçiləri daha sonra öz ərazilərinə qayıdıblar.

Qeyd edək ki, noyabrın 17-də Cənubi Koreyanın Müdafiə Nazirliyi sərhəd pozuntularının qarşısını almaq üçün Şimali Koreya ilə sərhədlərin dəqiqləşdirilməsi barədə hərbi danışıqlara başlamağı təklif edib. Qeyd olunub ki, 1953-cü ildən bəri faktiki sərhədi göstərmək üçün istifadə olunan nişanələrin bir çoxu zədələnib və ya aydın görünmür. 

Cənubi Koreya tərəfinin məlumatına əsasən, il ərzində təxminən 10 sərhəd pozuntusu qeydə alınıb. Rəsmi Seul hesab edir ki, bu insidentlər sərhədin yenidən dəqiqləşdirilməsinə ehtiyacla bağlıdır. Cənubi Koreya əvvəllər belə pozuntuları qəsdən hesab etmədiyini açıqlayıb. Oxşar hadisə oktyabrın 19-da da baş verib. 

Kateqoriyalar