N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya ümid edir ki, Tramp Ukrayna münaqişəsinin həllində iştirak etmək istəyir - Peskov

12-noyabr-2025
Türkan Nəbi
Rusiya ümid edir ki, Tramp Ukrayna münaqişəsinin həllində iştirak etmək istəyir - Peskov
Yazı Ölçüsü:
Moskva ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin siyasi və diplomatik yolla həllinə töhfə verməyə hazır olacağına ümid edir.
PostMedia" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov CNN-ə müsahibəsi zamanı bildirib.
“Əlbəttə, biz səmimi şəkildə ümid edirik ki, prezident Tramp hələ də Ukrayna probleminin siyasi və diplomatik həllinə yardım etmək istəyir,” – deyə Peskov CNN telekanalına müsahibəsində vurğulayıb.
Kremlin nümayəndəsi qeyd edib ki, Rusiya münaqişənin həlli istiqamətində daha sürətli irəliləmək və bu məsələdə ABŞ-nin real siyasi iradəsini görmək istərdi.
Peskov həmçinin vurğulayıb ki, Moskva və Vaşinqton ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar axtarmalıdırlar:
“Gələcəkdə parlaq perspektivlərimiz var, lakin biz vaxt, pul və imkan itiririk,” – deyə o əlavə edib.
Rusiya rəsmisi xatırladıb ki, Moskva ilə Kiyev arasında danışıqlar prosesi Ukrayna və Avropa tərəfinin təşəbbüsü ilə dayandırılıb, baxmayaraq ki, əlaqə kanalları hələ də açıqdır.
Bundan əvvəl Rusiya XİN-in MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk da bəyan etmişdi ki, Moskva İstanbul formatında danışıqları bərpa etməyə hazırdır, lakin “top Ukraynanın tərəfindədir”.
Peskovun açıqlaması müşahidəçilər tərəfindən Moskvanın yeni ABŞ administrasiyası ilə potensial dialoq imkanlarını qiymətləndirməyə çalışdığı kimi dəyərləndirilir.
Kateqoriyalar