6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Mariya Zaxarova: "Ukrayna əsirlərin mübadiləsi ilə bağlı son razılaşmaları pozub"

12-noyabr-2025
Nigar Əliyeva
Mariya Zaxarova: "Ukrayna əsirlərin mübadiləsi ilə bağlı son razılaşmaları pozub"
Yazı Ölçüsü:
Ukrayna tərəfi əsirlərin mübadiləsi ilə bağlı son razılaşmaları pozub.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova özünün "Telegram" kanalında məlumat verib.
Zaxarovanın sözlərinə görə, Moskva tərəfi konkret təkliflər irəli sürmüş, o cümlədən əsirlərin dəyişdirilməsi mexanizmini təqdim etmişdi. Lakin Kiyev bu razılaşmalara əməl etməyib.
“Ukrayna rejimi son mübadilə vədlərini yerinə yetirmədi – razılaşdırılmış 1 200 nəfərdən azı 30%-i dəyişdirilib. Ukrayna vətəndaşları bu barədə bilməlidirlər,” – deyə Rusiya XİN rəsmisi qeyd edib.
Zaxarovanın bu bəyanatı The Times nəşrində dərc olunmuş materialdan sonra səslənib. Qəzet Ukrayna xarici işlər nazirinin müavini Sergey Kisliytsanın sözlərini sitat gətirərək yazmışdı ki, İstanbul danışıqlarında “yaradıcı müzakirələr aparmaq mümkün olmayıb”.
Rusiya tərəfi bu iddiaları təkzib edərək bildirib ki, danışıqlar konkret təkliflər əsasında aparılıb və “kreativ yanaşmalar” üçün deyil, praktiki nəticələrə yönəlib.
Bundan əvvəl Rusiya XİN-in MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk da bəyan etmişdi ki, Moskva İstanbul formatında danışıqları bərpa etməyə hazırdır, lakin “top Ukraynanın tərəfindədir”.
Hazırda tərəflər arasında əsir mübadiləsinin gələcək taleyi ilə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır.
Kateqoriyalar