Ermənistan Rusiya buğdasından imtina etməyəcək - Paşinyan
12-noyabr-2025
Nigar Əliyeva
Yazı Ölçüsü:
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Rusiya buğdasından imtina edib Ukrayna buğdasına üstünlük verməyi nəzərdə tutmur.
"PostMedia" xəbər verir ki, Paşinyan bu barədə jurnalistin sualına cavab verərkən məlumatı “absurd” adlandırıb.
Baş nazir həmçinin ABŞ və Böyük Britaniyanın Ermənistanın xarici kəşfiyyat xidmətinin fəaliyyətinə guya cəlb olunması ilə bağlı yayılan xəbərləri də təkzib edib:
“Böyük Britaniya və ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur. Bu qurum Ermənistan hökumətinin qərarı ilə yaradılıb. Eyni zamanda, bizim xarici kəşfiyyat xidmətimiz digər ölkələrin kəşfiyyat orqanları kimi Rusiya, ABŞ və Böyük Britaniya daxil olmaqla xarici tərəfdaşlarla əməkdaşlıq edir,” – Paşinyan bildirib.