N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tramp Putinlə görüşünü ləğv etməsinin səbəbini açıqlayıb

07-noyabr-2025
Turan Hüseynli
Tramp Putinlə görüşünü ləğv etməsinin səbəbini açıqlayıb
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşün ləğv edilməsinin səbəbini açıqlayıb.
"PostMedia" xəbər veirr ki, bu bardə o, "Sky News"a açıqlaması zamanı bildirib.
ABŞ Liderinin sözlərinə görə, görüşün əsasən “Rusiyanın hələ də dayanmaq istəməməsi” səbəbindən təxirə salınıb:
“Əsas arqument odur ki, onlar sadəcə hələ dayanmaq istəmirlər. Düşünürəm ki, bu, həm Rusiya, həm də iki ölkə üçün böyük zərər olacaq”.
Tramp bir daha vurğulayıb ki, əgər o prezident olsaydı, Rusiya ilə Ukrayna arasında müharibə heç vaxt baş verməzdi.
Macarıstanın Baş naziri Viktor Orban da bu fikirlə razılaşıb: “Heç bir şübhə yoxdur ki, Tramp ABŞ prezidenti olsaydı, müharibə olmazdı”.
Tramp Budapeştdə Putinlə sammitdə görüşmək planı barədə suala cavabında deyib ki, “bunu etmək istərdi” və “həmişə belə bir fürsətin ola biləcəyini” əlavə edib.
O bildirib ki, Orban Putini yaxşı tanıyır və onu başa düşür:
“Düşünürəm ki, Orban inanır ki, biz bu müharibəni çox da uzaq olmayan gələcəkdə bitirəcəyik.”
Orban isə qeyd edib ki, Avropada yalnız ABŞ və Macarıstan hökumətləri sülhü müdafiə edir, digər dövlətlər isə müharibənin davam etməsini üstün tuturlar.
Tramp gülümsəyərək Orbana “Sizcə Ukrayna müharibədə qalib gələ bilərmi?” sualını verib. Orban cavabında deyib: “Bilirsiniz, möcüzə baş verə bilər.” Tramp isə zarafatla cavab verib: “Bəli, məhz elə”.
Kateqoriyalar