N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Aİ Gürcüstanı təhlükəsizlik və cinayətkarlıqla mübarizə layihələrindən uzaqlaşdırıb

07-noyabr-2025
Türkan Nəbi
Aİ Gürcüstanı təhlükəsizlik və cinayətkarlıqla mübarizə layihələrindən uzaqlaşdırıb
Yazı Ölçüsü:

Gürcüstanın regional təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla mübarizə layihələrində iştirakı dayandırılıb. Avropa İttifaqı maliyyəlişdirdiyi bu layihələri dayandırmaq qərarını rəsmi şəkildə təsdiq edib.

"PostMedia" xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinski ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda bildirib.

Məktubda qeyd olunur ki, bu qərar “Gürcüstandakı xüsusi şərait” və Avropa Şurasının 27 iyun 2024-cü il tarixli qərarına əsasən qəbul edilib. Həmin qərarla Gürcüstanın Aİ-yə qoşulma prosesi faktiki olaraq dayandırılıb.

Dayandırma 15 oktyabr tarixindən qüvvəyə minib və Daxili İşlər Nazirliyi ilə Ədliyyə Nazirliyinin nümayəndələrinə şamil olunur. Qərar “Şərq tərəfdaşlığında mütəşəkkil cinayətkarlığa qarşı mübarizə” layihəsi, “TOPCOP II” proqramı və “EU4MD II” (Aİ-nin narkotik monitorinqi layihəsi) üzrə əməkdaşlığı əhatə edir.

Kateqoriyalar