N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ “Abraham Razılaşmalarına” qoşulacaq yeni ölkəni açıqlayacaq – Ermənistan, yoxsa Azərbaycan?

06-noyabr-2025
Turan Hüseynli
ABŞ “Abraham Razılaşmalarına” qoşulacaq yeni ölkəni açıqlayacaq – Ermənistan, yoxsa Azərbaycan?
Yazı Ölçüsü:
ABŞ administrasiyası bu axşam “Abraham Razılaşmalarına” qoşulacaq yeni bir ölkə barədə rəsmi açıqlama verəcək.
"PostMedia" "Times of Israel"ə istinadən xəbə verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışı zamanı deyib:
“Bu axşam biz İsraillə münasibətlərin normallaşdırılması və Abraham Razılaşmalarına qoşulacaq yeni bir ölkə haqqında elan verəcəyik”.
Uitkoff hələlik hansı ölkənin bu razılaşmaya qoşulacağını açıqlamayıb. Qeyd edək ki, “Əbrahimi Razılaşmaları” ilk dəfə 2020-ci ildə Donald Trampın prezidentliyinin son dövründə imzalanmış və İsraillə bir sıra ərəb və müsəlman ölkələri arasında diplomatik əlaqələrin bərpasını nəzərdə tutmuşdu.
Xüsusi nümayəndə daha əvvəl – bu ilin may ayında Breitbart News-a müsahibəsində, gələcəkdə Ermənistan və Azərbaycanın da bu razılaşmaya qoşula biləcəyini istisna etməmişdi.
Onun sözlərinə görə, bölgədə münaqişənin yekun həlli istiqamətində irəliləyiş müşahidə olunur və bu, yeni diplomatik imkanlar yarada bilər:
“Mən hesab edirəm ki, yaxın vaxtlarda Livanda, hətta Suriyada münasibətlərin normallaşması potensialı görəcəyik. Eyni şey Liviyada da mümkündür. Bu prosesə qoşula biləcək ölkələr arasında Azərbaycan və Ermənistan da ola bilər. Düşünürük ki, bu iki ölkə arasında sülh sazişinə çox yaxınıq və hər iki tərəf Əbrahimi Razılaşmalarına qoşulmaqda maraqlı ola bilər,” – deyə Uitkoff bildirib.
Müşahidəçilər bu gün axşam açıqlanacaq ölkənin Cənubi Qafqazdan biri olacağı ilə bağlı ehtimalları istisna etmirlər.
Kateqoriyalar