6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ermənistan Rusiya məhsullarını Azərbaycan üzərindən idxal imkanını araşdırır

06-noyabr-2025
Ermənistan Rusiya məhsullarını Azərbaycan üzərindən idxal imkanını araşdırır
Yazı Ölçüsü:
Ermənistan Rusiyadan malların Azərbaycan ərazisindən dəmir yolu ilə idxalı imkanını nəzərdən keçirir.
"PostMedia" xəbər zerir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan rus mediasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya mallarının Azərbaycan ərazisindən Ermənistana idxalı üçün sifarişlər formalaşdırılır.
“Eyni zamanda, həmin marşrutla Ermənistan məhsullarının Rusiyaya və ya Qazaxıstana ixracının praktikada necə həyata keçirilə biləcəyini də anlamaq lazımdır,” — deyə Paşinyan brifinqdə Rusiya buğdasının idxalı ilə bağlı danışarkən qeyd edib.
Qeyd edək ki, noyabrın 4-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Rusiya buğdası artıq Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılır.
Bundan əvvəl isə Paşinyan bəyan edib ki, regiondakı kommunikasiyalar bərpa edildikdən sonra Rusiya Azərbaycandan keçməklə Ermənistana dəmir yolu yükdaşımasını həyata keçirə biləcək. Hazırda İrəvan və Vaşinqton Azərbaycanın Naxçıvanla birləşdiriləcəyi dəmir yolunun tikintisi barədə danışıqlar aparılır.
Paşinyan daha əvvəl də Türkiyədən Azərbaycana yük maşınlarının tranzit keçidi üçün şərait yaratmağa hazır olduğunu da qeyd edib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930