6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Şoyqu: “Cənubi Qafqazdakı vəziyyət daimi diqqət tələb edir”

05-noyabr-2025
Şoyqu: “Cənubi Qafqazdakı vəziyyət daimi diqqət tələb edir”
Yazı Ölçüsü:

"Cənubi Qafqazda yaranmış vəziyyət daimi diqqət və məsləhətləşmələr tələb edir".

"PostMedia" TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə bildirib.

“Məqsədimiz hadisələrə qiymət vermək və baxışlarımızı uzlaşdırmaqdır. Qafqazda, ümumilikdə isə Cənubi Qafqazda baş verən son hadisələr daim diqqətimizdə olmalıdır. Bu proseslər üzrə məsləhətləşmələr aparmaq vacibdir,” – deyə Şoyqu qeyd edib.

Armen Qriqoryan isə görüş üçün təşəkkürünü bildirib və vurğulayıb ki, regiondakı mövcud vəziyyət barədə ətraflı məlumat verməyə hazırdır.

Bu gün Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilir. Toplantı çərçivəsində Sergey Şoyqu bir sıra ikitərəfli görüşlər də planlaşdırır, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə də ayrıca görüş keçirəcək.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930