N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan: “Ermənilərdə Türkiyə və Azərbaycanla bağlı mənfi fikirləri KQB yaradıb”

03-noyabr-2025
Turan Hüseynli
Paşinyan: “Ermənilərdə Türkiyə və Azərbaycanla bağlı mənfi fikirləri KQB yaradıb”
Yazı Ölçüsü:

Ermənilərin Türkiyə və Azərbaycanla bağlı mənfi stereotiplərini onilliklər boyu sovet xüsusi xidmət orqanları (KQB) formalaşdırıb.

PostMedia” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Dinləyin, biz tariximizdən nəticə çıxarmalıyıq. KQB agentləri tərəfindən bizim üçün yaradılmış çərçivələrdən kənara çıxmağı öyrənməliyik,” – deyə Paşinyan vurğulayıb.

O, Ermənistan cəmiyyətini öz qonşuları haqqında müstəqil və obyektiv baxış formalaşdırmağa çağırıb.

Paşinyanın bu açıqlaması dərhal Moskvada reaksiya doğurub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında buna cavab verərək Osmanlı imperiyası barədə ironiya ilə yazıb və əlavə edib ki, KQB 1954-cü ildə yaradılıb, yəni bu qurumun “Ruslarla heç bir əlaqəsinin olmadığını” vurğulayıb.


Kateqoriyalar