6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ermənistanın müdafiə naziri Zakir Həsənovun iştirak etdiyi tədbirə qatılmayıb

31-oktyabr-2025
Ermənistanın müdafiə naziri Zakir Həsənovun iştirak etdiyi tədbirə qatılmayıb
Yazı Ölçüsü:

Ermənistanın müdafiə naziri Suren Papikyan MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin Şurasının Almatıda keçirilən iclasında iştirak etməyib.

PostMedia” xəbər verir ki, bu barədə məlumatı MDB İcraiyyə Komitəsinin mətbuat xidməti yayıb.

İclasa Rusiya müdafiə naziri Andrey Belousov sədrlik edib.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müdafiə nazirləri iştirak ediblər. Suren Papikyanın adı iştirakçıların siyahısında yer almayıb.

İclas zamanı çoxşaxəli hərbi əməkdaşlığın aktual məsələləri və onun gələcək inkişaf istiqamətləri müzakirə olunub.

MDB Müdafiə Nazirləri Şurası vurğulayıb ki, birgə hərbi əməkdaşlıq üzv dövlətlərin silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına, eləcə də milli təhlükəsizlik və regional sabitliyin təmin edilməsinə yönəlmiş şəkildə davam etdiriləcək.

Tədbirdə Azərbaycanı müdafiə naziri Zakir Həsənov təmsil edir.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930