6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ararat Mirzoyanın həyat yoldaşı Azərbaycanla bağlı komissiyada

31-oktyabr-2025
Ararat Mirzoyanın həyat yoldaşı Azərbaycanla bağlı komissiyada
Yazı Ölçüsü:
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması üzrə komissiyanın tərkibinə dəyişikliklər edilib.
"PostMedia" xəbər verir ki, Komissiyaya baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edir. Onunla yanaşı, tərkibdə xarici işlər nazirinin müavini Vahan Kostanyan, xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qohar Abacyan və bir sıra digər rəsmi şəxslər yer alıblar.
Qeyd olunur ki, Qohar Abacyan yaxın vaxtlarda “İnvestisiyalara Dəstək Mərkəzi” adlı fondun direktoru təyin olunub.
Komissiyanın digər “yeni üzvlərindən” biri də Ali Məhkəmə Şurasının sabiq sədri Karen Andreasyandır.
O, ötən il həmin vəzifədən azad olunmuşdu və bu yaxınlarda Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi təyin edilib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930